Bu səhər Bakıda maşın piyadanı vuraraq öldürüb. Tezadlar.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Elvin Cəlilov idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə hərəkətdə olarkən piyada 1966-cı il təvəllüdlü Mehriban Nağıyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Təhqiqatçılar və müstəntiqlər hadisənin nədən baş verdiyini araşdırır.
SƏBUHİ







