Əsas məzmuna keç

Sedrak Köçəryan və Serj Sarkisyan KQMK-nin binasından çıxıblar – Sarkisyan nə baş verdiyini bilmir…

Ermənistanın sabiq  prezidentinin oğlu naməlum yerə aparılıb.

Ermənistanın ikinci prezidentinin böyük oğlu Sedrak Köçəryan maskalı təhlükəsizlik işçilərinin müşayiəti ilə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından çıxıb.

Onun saxlanılması barədə daha əvvəlr məlumat verilmişdi. O, komitə binasından naməlum yerə aparılıb.

Ermənistanın üçüncü sabiq prezidenti Serj Sarkisyan isə bir saat yarım dindirildikdən sonra onun ardınca Komitənin binasından çıxıb.

sarkisyan korrupsiya

Sarkisyan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək yalnız bu sözləri deyib:

“Cinayət işinin materiallarını alacağıq, ondan sonra danışacağıq. Hazırda heç nə başa düşmürəm.”

qeyd edək ki, 25 avqustda Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın  evində və ailəsinə məxsus şirkətlərdə axtarışlar aparılıb.

Daha sonra Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi üzrə istintaq çərçivəsində  onlarla ünvanda axtarış və digər prosedur tədbirlərinin aparıldığını bildirib.

Xatırladaq ki, avqustun 24-də parlamentdə deputat Levon Köçəryanla Baş nazir Nikol Paşinyan arasında  mübahisə baş verib.

Paşinyan Köçəryanın 10 illik hakimiyyəti dövründə necə milyonçu olmağı bacardığını soruşub.

Daha sonra baş nazir bildirib ki, Levon Köçəryanın övladları onun milyonlarını miras almayacaqlar, çünki qanunsuz əldə edilmiş bütün əmlak, xüsusən də bütün “Köçəryan və Sarkisyan klanı”ndan müsadirə olunmalıdır.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…