Əsas məzmuna keç

“Sabah” ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı

“Sabah” komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Tezadlar.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarını Kristian Nvaçukvu, Umarali Raxmonaliyev və Tellur Mütəllimov vurublar. Mütəllimovun 90+4-cü dəqiqədə vurduğu qol görüşü əlavə vaxta aparıb.

Əlavə vaxtın 101-ci dəqiqəsində Patrik Orfe Mbina dördüncü qola imza atıb. Son nöqtəni isə 115-ci dəqiqədə Coy Lens Mikels vurub – 6:4.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…