İranın Yaxın Şərqdəki ABŞ hədəflərinə hücumlarının ABŞ kəşfiyyat obyektlərinə və müşahidə avadanlıqlarına milyardlarla dollar dəyərində ziyan vurduğu iddia edilib.
Tezadlar.az xəbər verir ki, “NBC News”a görə, bu ziyan ABŞ kəşfiyyat orqanlarının tarixində görünməmişdir.
İranın raket və pilotsuz təyyarə hücumları Yaxın Şərqdəki ABŞ kəşfiyyat obyektlərinə genişmiqyaslı ziyan vurub. “NBC News”un dörd mənbəyə istinadən verdiyi məlumata görə, hücumlarda Mərkəzi Kəşfiyyat İdarəsi və digər ABŞ kəşfiyyat orqanları tərəfindən istifadə edilən binalar və kəşfiyyat toplama avadanlıqları zədələnib.
Zərərin bərpası və istifadəyə yararsız avadanlıqların dəyişdirilməsi milyardlarla dollar tələb edə bilər. “NBC News”a danışan rəsmilər dağıntının miqyasının ABŞ kəşfiyyat orqanlarının əvvəllər məruz qaldığı hər hansı bir zərərdən daha böyük olduğunu bildiriblər.
Fevral ayında ABŞ-İsrail birgə İrana hücumlarından sonra bölgədəki gərginlik artıb. Tehran hökuməti ABŞ aktivlərinin yerləşdiyi region ölkələrinə hücumlar təşkil etməklə cavab verib.
İyunun ortalarında İran və ABŞ, vasitəçi qismində Pakistanın iştirakı ilə, müharibəyə son qoymaq və davamlı sülh razılaşmasına nail olmaq məqsədi daşıyan anlaşma memorandumu imzalayıblar.
Lakin tərəflər arasında danışıqlar razılaşmanın şərtləri və Hörmüz boğazında naviqasiya ilə bağlı fikir ayrılıqları səbəbindən dayanıb.
İran boğaz üzərində nəzarəti saxlayır, ABŞ isə boğazdakı minaların təmizlənməsinin və neft tankerlərinin cənub dəhlizindən keçməsinin İranın təsirini azaltdığını iddia edir.
ELBAR







