İspaniyanın “Barselona” klubunun futbolçusu Mark Kasado karyerasını Almaniyada davam etdirə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Leyptsiq” 22 yaşlı yarımmüadiəçini heyətinə qatmaq istəyir. Bundesliqa təmsilçisi Kataloniya klubuna təklif də göndərib.
Xatırladaq ki, M.Kasado ötən mövsüm bütün yarışlarda 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.






