Əsas məzmuna keç

Putinin atası qan donoru imiş…

Rusiya Prezidenti Vladimir Putin atası Vladimir Spiridonoviçin uzun illər qan donoru olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, dövlət başçısı atası haqqında bu gözlənilməz faktı Kremldə Federal Tibbi və Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova ilə görüşündə açıqlayıb.

Skvortsova görüşdə Rusiyada hazırda 1,5 milyondan çox qan donoru olduğunu, məlumat bazasında isə 12 milyondan çox qan donoru olduğunu bildirib.

“Atam uzun illər donor olub”, – deyə Putin cavab verib.

Əvvəllər Rusiya prezidentinin Böyük Vətən Müharibəsinin ilk günlərində cəbhəyə gedən veteran atasının fotosunu saxladığı və onu xatırladığı bildirilirdi.

Hətta əvvəllər Putinin sinif müəllimi Vera Qureviç dövlət başçısının atasının “Putinə bənzər xarakterini” miras aldığını vurğulamışdı.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…