Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağına etdiyi hücumlarda son 24 saat ərzində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumları nəticəsində baş verən itkilər barədə son məlumatlar paylaşılıb.
Son 24 saat ərzində Qəzzada üç cəsəd və 11 yaralı şəxsin xəstəxanalara gətirildiyi bildirilib, İsrail hücumları isə atəşkəsə baxmayaraq davam edib.
Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə minəndən bəri İsrail hücumlarında 1568 nəfər ölüb, 5649 nəfər yaralanıb, dağıntılar altından 845 cəsəd çıxarılıb.
2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 74.564-ə, yaralananların sayı isə 175.770-ə çatıb.
Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.
ELBAR







