Əsas məzmuna keç

Onlayn alışa maraqsızlıq üstünlük təşkil edir

2025-cü ildə Azərbaycanda ev təsərrüfatlarının mal və xidmətləri onlayn əldə etməməsinin səbəblərinin 48 %-i belə alışlara marağın olmaması ilə bağlı olub.

Tezadlar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında, bu, bir il əvvəlki göstəricidən 0,6 faiz bəndi azdır.

Səbəblərin 25 %-i (1,7 faiz bəndi az) alışları şəxsən etməyə üstünlük verilməsi, 6,9 %-i (1,3 faiz bəndi az) texniki problemlərlə (məsələn, veb-saytlar, ödənişlərin edilməsində və ya çatdırılmasında problemlər), 6,3 %-i (0,5 faiz bəndi çox) bu sahədə bilik və bacarığın olmaması, 6,9 %-i (2 faiz bəndi çox) belə alışların təhlükəsizliyinə əmin olmamaqla, 3,8 %-i (0,1 faiz bəndi çox) şəxsi məlumatların qorunmasına əmin olmamaqla, 3,1 %-i (0,1 faiz bəndi az) etibarlılıq problemləri (malın çatdırılması, yaxud dəyişdirilməsi, qaytarılması üçün zəmanətə şübhənin olması, yaxud belə zəmanətin ümumiyyətlə olmaması) ilə bağlıdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…