Əsas məzmuna keç

Birinci xanım Mehriban Əliyeva Bişkekdə əl işləri sərgisini ziyarət edib – FOTOLAR

Qırğızıstanın birinci xanımı Aygül Japarova dörd ölkənin birinci xanımlarını Qırğızıstan mədəniyyəti ilə tanış edib.

Bu barədə Region TV məlumat yayıb.

Bişkekdə keçirilən unikal əl işləri sərgisini Qırğızıstanın birinci xanımı Aygül Japarova,  Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Çinin birinci xanımı Pen Liyuan və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva  ziyarət ediblər.

Sərgidən sonra qonaqlar üçün konsert proqramı təşkil edilib. Uşaq incəsənət qruplarının ifasında musiqi əsərləri ifa olunub.

Qeyd etmək lazımdır ki, digər ölkələrdən nümayəndə heyətləri “ŞƏT plyus” tədbirlərində və 6-cı Dünya Köçəri Oyunlarında iştirak  üçün Qırğızıstana gəliblər.

 

Y.Məmmədli

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…