Qırğızıstanın birinci xanımı Aygül Japarova dörd ölkənin birinci xanımlarını Qırğızıstan mədəniyyəti ilə tanış edib.
Bu barədə Region TV məlumat yayıb.
Bişkekdə keçirilən unikal əl işləri sərgisini Qırğızıstanın birinci xanımı Aygül Japarova, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Çinin birinci xanımı Pen Liyuan və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ziyarət ediblər.
Sərgidən sonra qonaqlar üçün konsert proqramı təşkil edilib. Uşaq incəsənət qruplarının ifasında musiqi əsərləri ifa olunub.
Qeyd etmək lazımdır ki, digər ölkələrdən nümayəndə heyətləri “ŞƏT plyus” tədbirlərində və 6-cı Dünya Köçəri Oyunlarında iştirak üçün Qırğızıstana gəliblər.
Y.Məmmədli


















