Əsas məzmuna keç

Kadi Borgesə 3 oyunluq cəza verildi

“Qarabağ”ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan “Sumqayıt” – “Qarabağ” qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Sumqayıt” klubu 5 000 manat cərimələnib.

III turun “Zirə” – “Neftçi” matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan “Neftçi”nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən “Neftçi” daha 2 000 manat cərimə edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…