Əsas məzmuna keç

İran Hörmüz boğazında 2 ABŞ gəmisini, 8 tankerini və 10 digər gəmini hədəf alıb

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın 5 İran tankerini hədəf almasına cavab olaraq Hörmüz boğazında 2 ABŞ gəmisini, 8 tankeri və 10 digər gəmini hədəf aldığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İranın yarı-rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Bölməsinin yazılı açıqlamasında hücumların ABŞ ordusunun Fars körfəzində 5 İran tankerinə hücumlarına cavab olduğu bildirilir.

Məlumatda bölgədə 2 ABŞ gəmisi və 8 tankerin hədəf alındığı və ağır ziyan gördüyü bildirilir. Həmçinin, ABŞ ordusunun təşviqi və dəstəyi ilə Hörmüz boğazındakı “qadağan olunmuş zona”dan keçməyə çalışan 10 gəminin də hədəf alındığı bildirilir.

Məlumatda Hörmüz boğazına nəzarət və müşahidənin İnqilab Keşikçiləri Korpusunun donanmasının əlində olduğu vurğulanır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…