Əsas məzmuna keç

Tramp AfD-nin qələbəsini belə izah etdi

ABŞ Prezidenti Donald Tramp Almaniya üçün Alternativ (AfD) partiyasının Saksoniya-Anhalt əyalət parlament seçkilərində qələbəsini şərh edib.

“Almaniyadakı populist partiya üçün qələbə gecəsi. Onlar nəhayət ki, Almaniyaya bu qədər ziyan vuran dəhşətli immiqrasiya qaydaları və tənzimləmələrindən beziblər”, – Tezadlar.az xəbər verir ki, Tramp sosial media hesabı Truth Social-da yazıb.

Tramp qeyd edib ki, AfD hazırda Almaniyada yüksəlişdədir və Almaniya hökumətinin immiqrasiya siyasətini qəbul etmək niyyətində deyil.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…