Əsas məzmuna keç

Polşanın xarici işlər naziri AfD-nin uğurunu Avropa üçün təhlükə kimi görür

Almaniya üçün Alternativ (AfD) partiyasının seçkilərdəki uğuru Almaniyanın hərbi gücünü Avropa təhlükəsizliyinə təhdidə çevirə bilər.

Tezadlar.az xəbər verir ki, “Politico”nun məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Eyni zamanda, Polşanın xarici işlər naziri Varşavanın Almaniya ordusunun gücləndirilməsini dəstəklədiyini qeyd edib.

“Biz Almaniyanın demokratik liderlik altında və Avropanın ən böyük iqtisadiyyatı kimi ortaq təhlükəsizliyimizin təmin edilməsində mühüm rol oynamasını istəyirik”, – deyə o bildirib.

Lakin o əlavə edib ki, əgər ifrat sağçı partiya güclənərsə, Almaniyanın yenidən silahlanması qonşu ölkələr üçün əhəmiyyətli risklər yarada bilər.

Əvvəllər AfD partiyasının Saksoniya-Anhaltda keçirilən regional parlament seçkilərində 43,8 faiz səslə qalib gəldiyi bildirilirdi. Hakim Xristian Demokrat Birlik partiyası isə 17,2 faiz səs toplayıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…