Əsas məzmuna keç

Aİ Gürcüstanda müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan narahatdır

Avropa İttifaqı Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarına qarşı məhkəmə sistemindən siyasi motivlərlə istifadə olunmasından və repressiv tədbirlərin tətbiqindən ciddi narahatlığını bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə Aİ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Mişel Servone BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasında çıxışı zamanı bildirib. Aİ nümayəndəsi Gürcüstanı fundamental azadlıqları qorumaq öhdəliyinə əməl etməyə çağırıb. O, insan hüquqları üzrə beynəlxalq standartlara zidd olduğu bildirilən son qanunvericilik dəyişikliklərinin ləğv edilməsini və ya əhəmiyyətli şəkildə yenidən nəzərdən keçirilməsini tələb edib. “Avropa İttifaqı vətəndaş cəmiyyəti təşkilatlarına qarşı məhkəmə sistemindən siyasi motivlərlə istifadə olunmasından və müxalifət nümayəndələrini, hüquq müdafiəçilərini və müstəqil medianı hədəf alan repressiv tədbirlərdən ciddi narahatdır”, – deyə Aİ nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Aİ qanunsuz həbsləri və artan repressiyaları, o cümlədən müxalifət liderlərinin, müstəqil jurnalistlərin, media əməkdaşlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsini qətiyyətlə pisləyir. Aİ Gürcüstanı bu məsələləri həll etməyə, siyasətini beynəlxalq standartlara uyğunlaşdırmağa və demokratik institutlara etimadın bərpası üçün konstruktiv dialoqa qoşulmağa çağırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…