Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təşəbbüsü ilə yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”nın (Şura) Qazaxıstanın paytaxtı Astanada keçirilən ikinci toplantısında iştirak edib.
Tezadlar.az AMB-yə istinadən xəbər verir ki, baş direktor Azərbaycanda yaşıl maliyyənin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verərək regional əməkdaşlığın bu sahədə zəruri infrastrukturun və potensialın gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Toplantıda TDT ölkələrində yaşıl və dayanıqlı maliyyələşmənin inkişafı, təbiətyönümlü həllərin və regional əməkdaşlığın təşviqi üzrə növbəti addımlar və təkliflər müzakirə olunub.
Tədbirin yekununda Şuraın ikinci toplantısının nəticələri üzrə Şuranın fəaliyyət istiqamətlərinin genişləndirilməsini əks etdirən Kommünike imzalanıb.
AMB 2024-cü ildə Şuraya üzv olub. Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, habelə ekoloji, sosial və idarəetmə (ESİ) faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətləri göstərməkdir.







