Bu ilin yanvar-iyul ayları ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin pozulması ilə əlaqədar 29 inzibati xəta haqqında protokol tərtib edib.
Tezadlar.az xəbər verir ki, pozuntuların mahiyyəti üzrə bölgüyə əsasən, haqsız reklama yol verilməsi halları üzrə 12 protokol tərtib edilib. Reklama dair ümumi tələblərin pozulması ilə bağlı 7 protokol, qeyri-dəqiq reklama yol verilməsi faktları üzrə 6 protokol qeydə alınıb. Reklamı qadağan olunan əmtəələrin reklam edilməsi üzrə isə 4 protokol tərtib olunub.
“Reklam fəaliyyəti mal və xidmətlərə dair istehlakçı davranışlarının formalaşmasına təsir edən başlıca amillərdən biridir. Bu səbəbdən bazarda sahibkarlar üçün sağlam və ədalətli rəqabət şəraitinin, istehlakçılar üçün isə məlumatlı və effektiv seçim imkanlarının yaradılması məqsədilə reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi böyük önəm kəsb edir”, – məlumatda vurğulanıb.







