Əsas məzmuna keç

Gəncədə “Füzuli restoranı”nın tüstüsü sakinlərin canını boğazına yığıb…

Gəncə şəhərindən daxil olan bu şikayət Bakıdakı oxşar halları yada salır. Daxil olmuş şikayət və giley barədə şəhər sakini Ofelya Davudqızı yazır:
“…Sabuhi Əliyev keçəsi yaxınlığında yerləşən “Füzuli restoranı”  sakinlərin narazılığına səbəb olmaqdadır… Sakinlərin sözlərinə görə, çoxsaylı şikayətlər olunsa da, aidiyyəti qurumlar heç bir tədbir görmür.Belə ki,  Cabbar Ələkbərov və Cahangir Axundov küçəsinin yaxınlığında ekoloji çirklənmə, Qida Təhlükəsizliyinin tələblərinin kobud şəkildə pozulması adi haldır. Küləksiz havalarda tüstü evlərə “kabab” gətirir… Sözü gedən ərazidə kababın tüstüsü bütün küçələrə yayılır, sakinlərin hərəkət etdikləri yolda stollar qoyulur, səkilərdə maşınlar dayanır, yol kənarında qoyulan masalarda içki məclisləri olur, əhalinin sıx olan yerində yol kənarında qoyulan stollarda nəlayiq söyüşlər eşidilir. Gəncə Şəhər İcra Hakimiyyətinə, 10 saylı Regional Ekologiya İdarəsinə, Qida Təhlükəsizlik Agentliyinə dəfələrlə müraciət olunsa da, heç bir tədbir görülmür….”.
REDAKSİYADAN: İnanırıq ki, bu problem adı çəkilən rəsmi qurumlar tərəfindən nəzərə alınacaq, tədbir görüləcək.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…