Mikel Arteta baş məşqçisi olduğu “Arsenal”la uzunmüddətli müqavilə imzalamağa yaxındır.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “topçular”dakı fəaliyyətini davam etdirmək niyyətindədir.
Arteta yay aylarında klub rəhbərliyinə komandadan ayrılmaq fikrində olmadığını çatdırıb.
Qeyd edək ki, 44 yaşlı Mikel Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
İspaniyalı baş məşqçinin rəhbərliyi altında “Arsenal” ötən mövsüm İngiltərə çempionu olub. London klubu bu uğura 22 illik fasilədən sonra nail olub.







