Əsas məzmuna keç

ETRUSK ƏQRABALARIMIZIN İKİ MƏTNİNİN TƏRCÜMƏSİ İRİJSH ELMİ JURNALINDA İŞIQ ÜZÜ GÖRDÜ

ETRUSK ƏQRABALARIMIZIN İKİ MƏTNİNİN TƏRCÜMƏSİ BU GÜN İRİJSH (Sosiologiya və Humanizm Sahəsində İnnovativ Tədqiqat-) ELMİ JURNALINDA İŞIQ ÜZÜ GÖRDÜ (Serifikatı aşağıda).
Jurnalda çap olunmuş iki Etrusk yazısından sirrini təzə açdığım birini sizə təqdim edirəm (Şəkil 2) :
Güzgünün eskizdən qıraqdakı kənarları boyu cızılmış qarışıq, çoxu da saitsiz sözlər aşağıdakı kimi deşifrə olunur :
SHADİMTHULNA NSH URUXNUM NDAN NKURİMTHLSRANA MENRVAMİANİMİRİNG OTHİNS GU DİNGR
Modelləşdirmə:
SHADIM THULNA NSHN U RUX NUM NDAN KAURİM HSLNA
MEN RVA MİAN İMİR GO OTHİNS GU DİNGR
Bərpa zamanı bunu “Azərtürkün Linqvistik remodelləşdirmə metodu” vasitəsilə aşağıdakı kimi doğru seqmentlərə bölüb, bir yerə yığa və ya parçalamaqla seqmentləşdirə və yazının originalını bərpa edə bilərik:
SHADIM THUL[U]NA. N[E]Ş[E]N RUH [Ü]NÜM[Ə] ! N[Ə]DƏN KURENA SHADIM H[U]L[U]S[U]NA.
MEN REVA [GÖRÜRƏM], MAIANU ƏMIR [QOY] ƏMSİN. O[YA]NSA GOY. DINC [I]R.
ƏVVƏLCƏ BƏZİ SÖZLƏRİN LÜĞƏTİ :
Şadım thulna – şadam thul[u]na – doğuşuna ;
Thulna – tulu (uu) – sözüdür – doğuş, doğmaq, çıxmaq – Günəşin çıxması; tuluna – sənin doğduğuna;
Rva – r[e]va – Mən rəva – mən rəva görürəm; mən hesab edirəm;
Mian imir – yəqin mayan[ı] [ə]mirsə; maya – doğuşdan sonra döşdə yığılan ilk süd;
Oiansa – oyansa – oyanmaq söznünü gələcək zamandakı forması;
Qu – qu[y] – qoy, imkan ver, toxunma mənalarında;
Dingr – Dinc ir – dinclik ver – sakit burax ;
Yəni, Nüvədidə analar deyərdilər : “Yeyib qarnı mıtıxlandısa, körpəni dinc burax”.
Etrusk mətnində cavan qaynana bunları deyir gəlininə.
Eskizdəki kəlmələrin bərpasından sonra onların ifa etdikləri fikir budur :
“Şadım thuluna. Nəşən ruh ünümə. Nədən kurena şadım hulusuna (səmimiyyətlə) küren Ana? Men reva maian[ı] emir, oiansa, quy. Dinc ir”.
Bu günkü anlamda:
Şadam tuluna (doğuşuna). Nəşən (sevinicin) ruh verir şanıma (şan-şöhrətimə). Nədən kurena (ali cinse yeni övlad verdiyine) şadam, hülüsuna (səmimiyyətlə), Ana?
Mən rəva görürəm – körpəyə mayanı əmizdir. Oyansa. Qoy (oyansın). Dinc ir (dinc burax).
Şəkildə başında qəribə tac olan soldakı birinci gözəl qadın ya hökmdar ailəsidir, yanındakı əri və iki oğlan uşağı ilə görünür dünyaya yenicə körpə gətirmiş gəlinini görməyə gəlib. A öz ailəsi (əri və iki oğlu və ona xidmət göstərən, daha doğrusu, usaqlara baxan dayə (lap ortadakı qadın) ilə oğul evinə təşrif buyurub. A (O) bu evə əri, iki körpə oğlu və yəqin ki, körpələrin dayəsi ilə dörd at qoşulmuş faytonda gəlib. Sonuncu divarın arxasında – yəni, həyətdə elə-belə, təsadüfən çəkilməyib. Ağızlarındakı gəmi və cilovu (yüyəni) gəmirən dörd at, və qadın faytonçu – xanımın kübar cəmiyyətinin üzvü olduğuna işarədir. Özü də deyir : “Sən Kuren (saray ailəsi və ya saraya yaxın ailəyə təzə oğul övladı gətrdiyin üçün !) sənin tuluna (doğuşuna) şadam !”
Bu zadəgan evində yeni körpə dünyaya gəlib. Hakim ailənin nəslinin davamçısıdır o. Qadını-gənc qaynananı sevindirən budur.
Qayınana gəlininə gözaydınlığı verib, ona qol-qanad taxır. Və həm də təcrübəli ana kimi analığa təzəcə qədəm qoymuş gənc qadına – güman ki, gəlininə körpəsinə ilk günlərdə necə xidmət göstərməyi, onu necə ehtiyatla yemləməyi öyrədir.
____________________________________
Maraqlanan bu linkdən istifadə edə bilər:
Güzgü və onun üstündəki eskiz barədə olan ədəbiyyat məlumatı budur :
“Etruscan Bronze Mirror with Menrva holding the baby Maris”, c. 330-300 BC. British Museum”.
_”Körpə Marisi tutan Menrva ilə Etrusk Bürünc Güzgü”, təxminən eramızdan əvvəl 330-300-cü illər. Britaniya Muzeyi.
Tariyel AZƏRTÜRK
(ABŞ)

IMG

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…