Əsas məzmuna keç

Obyekt almaq istəyənlərin nəzərinə: Xətai rayonunda 3 əmlak hərraca çıxarılır

28 oktyabr 2026-cı il tarixində “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan əmlaklar hərraca çıxarılır.

Tezadlar.az   xəbər verir ki, söhbət Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 3 qeyri-yaşayış sahəsinin satılmasından gedir.

Beləliklə, Bakı şəhəri,Xətai rayonu,Xudu Məmmədov küçəsi, giriş 174G ünvanında yerləşən 306 kvadratmet qeyri-yaşayış sahəsinin start qiyməti 765 min manat təşkil edir. Hərracda iştirak etmək üçün ödəniləcək behin məbləği 3 min 825 manatdır.

Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 174E ünvanında yerləşən 177 kvadratmetr qeyri-yaşayış sahəsinin start qiyməti 442 min 500 manat, behin məbləği 2 min 212,5 manatdır.

Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 174F ünvanında yerləşən 160,4 kvadratmetr qeyri-yaşayış sahəsinin start qiyməti 401 min manat, behin məbləği 2 min 5 manat təşkil edir.

Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…