Əsas məzmuna keç

AMB avtomobillərin sığortalanması üçün açıq tender elan edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) nəqliyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.

Tezadlar.az xəbər verir ki, tenderdə iştirak haqqı 90 manatdır.

İddiaçılar təkliflərini oktyabrın 22-nə qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 22-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Satınalma çərçivəsində 3 ədəd BMW, 9 ədəd “Hyundai”, 1 ədəd “Honda”, 1 ədəd “Nissan”, 9 ədəd “Mercedes”, 15 ədəd “Toyota”, 4 ədəd “Lexus” markalı avtomobillər sığortalanacaq. Sığorta xidmətinin təxmini dəyərinin 45 min manat olacağı gözlənilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…