Əsas məzmuna keç

Qeşm adası yaxınlığında partlayış səsi eşidilib

İranın rəsmi xəbər agentliyi IRNA Qeşm adası yaxınlığında dənizdən partlayış səsi eşidildiyini bildirib.

Tezadlar.az xəbər verir ki, IRNA-nın məlumatına görə, partlayış bir neçə dəqiqə əvvəl Qeşm adasında eşidilib. Bölgədəki hadisələrdən sonra diqqət hücum ehtimalına yönəlib.

Agentliyin bölgədəki müxbiri bildirib ki, adanın hər hansı bir yerində hər hansı bir hücum və ya zərbənin baş verməsi barədə hələlik heç bir məlumat yoxdur.

Partlayışın mənbəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, bölgədəki hadisələr diqqətlə izlənilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…