Əsas məzmuna keç

İranın neft naziri Möhsün Paknejad istefa verdi

Prezidentin Kommunikasiya İdarəsinin rəis müavini Mehdi Təbatəbai neft naziri Möhsün Paknejadın istefasını elan edib.

Tezadlar.az xəbər verir ki, İran mediasının məlumatına görə, Təbatəbai Paknejadın şəxsi səbəblərə görə istefa verdiyini bildirib.

Təbatəbai prezident Məsud Pezeşkianın Paknejadın istefasını qəbul etdiyini və İran Milli Neft Şirkətinin (NIOC) baş direktoru Həmid Boverdin neft naziri vəzifəsini icra edən təyin olunduğunu bildirib.

Paknejad əvvəllər bir neçə dəfə istefa ərizəsini Pezeşkiana təqdim etmişdi, lakin onun tələbi qəbul edilməyib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…