Bakıda kişi 3-cü mərtəbədən yıxılaraq ölüb.
Tezadlar.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Rayon ərazisində aparılan söküntü ilə əlaqədar tullantıları daşımaq üçün ora gələn yük avtomobilinin sürücüsü, Xocalı rayon sakini, 30 yaşlı Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.







