Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) oktyabrın 6-da saat 04:15 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə tezadlar.az-a TƏBİB-dən bildirilib. Məlumata görə, onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəsarət alan şəxslərdən 4 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd olunub ki, hadisə nəticəsində 2009-cu il təvəllüdlü yeniyetmənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.







