ABŞ-da yerləşən çip istehsalçısı Nvidia şirkətinin baş direktoru vəzifəsinə bərpa edilən Jensen Huang geri dönməsinin prezident Donald Trampın təzyiqinin nəticəsi olmadığını bildirib.
Tezadlar.az xəbər verir ki, “New York Times” (NYT) qəzetinin məlumatına görə, Huang çıxışında geri dönməsinin səbəbinin Nvidia direktorlar şurasının bütün vəziyyəti nəzərdən keçirməsi və faktları ortaya qoyması olduğunu söyləyib.
Nvidia şirkətində baş direktor vəzifəsinə qayıtdıqdan sonra Huang şirkət işçilərindən üzr istəyib və şirkətin daxili davranış qaydalarını pozduğunu etiraf edib.
Huang bildirib ki, “Çox pis səhvlər etdim. Loriyə (həyat yoldaşı Lori Huanga) xəyanət etdim. Uşaqlarımı və əlbəttə ki, hamınızı incitdim.”
Hazırda terapiya keçdiyini bildirən Huang direktorlar şurasının onun hərəkətlərinə görə şirkətdəki gələcəyini qiymətləndirməli olduğunu və nəticədə 12 noyabrda istefa verdiyini izah edib.
Trampın Nvidia idarə heyətinə onu bərpa etmək üçün təzyiq göstərdiyinə dair iddiaları rədd edən Huang geri dönməsinin idarə heyətinin qiymətləndirməsinin və faktların aşkarlanmasının nəticəsi olduğunu bildirib.
Tramp əvvəllər Nvidia idarə heyətini Huangı baş direktor vəzifəsinə bərpa etməyə inandırdığını bildirmişdi.
Huang 12 noyabrda istefa verdi
8 noyabrda Nvidia Direktorlar Şurası Jensen Huangın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfi olduğuna dair xəbərlərdən sonra müstəqil araşdırma başlatdığını elan edib.
İstintaq Huangın Pekin hökumətinə məlumat verdiyi iddia edilən çinli iş adamı Alis Huang ilə yaxın əlaqələri barədə xəbərlərdən sonra başlayıb.
12 noyabrda şirkət Huangın sədr, baş icraçı direktor və idarə heyəti üzvü vəzifələrindən dərhal istefa verdiyini elan edib.
Dünən Nvidia Huangı sədr və baş icraçı direktor vəzifələrinə bərpa edib.
ELBAR







