30 avqustda Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində batan sərnişin gəmisindən sonra itkin düşənlərin axtarışı çərçivəsində daha bir cəsədin tapıldığı bildirilib.
Tezadlar.az xəbər verir ki, ŞKTR Baş Nazirliyinin açıqlamasına görə, Girne sahillərində sərnişin gəmisinin batması ilə bağlı axtarış əməliyyatları çərçivəsində bu gün daha bir cəsəd tapılıb və şəxsiyyətin müəyyənləşdirilməsi üçün lazımi prosedurlara başlanılıb.
Ölənlərin sayı 22-yə çatıb, itkin düşən 6 nəfərin axtarışı isə davam edir.
ŞKTR-dəki Girne Limanı ilə Mersindəki Taşucu Limanı arasında hərəkət edən “Filo Jet” yüksək sürətli sərnişin gəmisi 30 avqust bazar günü günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra burnundan su almağa başlayıb və Girne Limanına qayıtmağa çalışarkən batıb.
ELBAR







