Saat 02:43-də Egey dənizində 4.1 bal gücündə zəlzələ baş verib.
Tezadlar.az xəbər verir ki, Fəlakət və Təcili Yardım İdarəetmə Başkanlığının (AFAD) veb saytında yer alan məlumata görə, episentri Egey dənizində olmaqla 4.1 bal gücündə zəlzələ qeydə alınıb.
Muğlanın Datça rayonundan 167.95 kilometr məsafədə yerləşən zəlzələnin 6.99 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.







