Əsas məzmuna keç

Erməni nazir sərhədi keçən əsgərimizi müdafiə etdi: “Azərbaycan hərbçisi diverstant deyil…”

“Ermənistanda həbsdə olan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev saxlanılarkən müqavimət göstərməyib”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, bu barədə müdafiə naziri Suren Papikyan bildirib. Nazirin sözlərinə görə, Ermənistanın səlahiyyətli orqanları Azərbaycan hərbçisi tərəfindən sərhədin mümkün keçidi barədə məlumat əldə etdikdə, onun axtarışına başlayıblar. Ermənistanın müdafiə naziri qeyd edib ki, Nəsimi Musayev saxlanılarkən müqavimət göstərməyib, bu isə onun diversant olmadığının göstəricisidir. Suren Papikyan əlavə edib ki, hadisə barədə ətraflı məlumat rəsmi araşdırmalar və istintaq hərəkətləri aparıldıqdan sonra veriləcək.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…