İranın silah istehsalı sahəsindəki istehsal gücləri uzunmüddətli hərbi əməliyyatlar zamanı yaranan tələbatı ödəməyə imkan verir.
Bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlai-Nik bildirib.
“Hazırda bizim istehsal sistemimiz uzunmüddətli və şiddətli müharibə aparmaq üçün zəruri istehsal gücünə malikdir”, – deyə Təlai-Nik dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-a qarşı hərbi əməliyyatlar dövründə silah istehsalının həcmi 2,5 dəfə artıb. O əlavə edib ki, ölkə əvvəlcədən mühafizə olunan ehtiyat istehsal sahələri hazırlayıb və bunun sayəsində hərbi məhsulların istehsalı bir gün belə dayandırılmayıb.
Təlai-Nikin sözlərinə görə, təxminən 9 min şirkət hərbi məhsulların istehsalı prosesinə könüllü şəkildə qoşulub.







