Əsas məzmuna keç

Araz Ağalarov həyat yoldaşına dəstək nümayiş etdirərək mağazasının açılışında yanında oldu – VİDEO

Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamı Araz Ağalarov yeni həyat yoldaşı Alyona ilə ilk dəfə obyektiv qarşısına keçib.

Araz Ağalarov həyat yoldaşına dəstək nümayiş etdirərək onun yeni brendinin ilk mağazasının açılışında iştirak edib. Elə adıçəkilən mağaza da iş adamının sahibi olduğu ticarət mərkəzində fəaliyyət göstərəcək.

Açılış mərasimində Araz Ağalarov obyektivlər qarşısına keçərək jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Araz Ağalarovun birinci həyat yoldaşı İrina Ağalarova ilə boşanması barədə xəbərlər bu ilin yayında mediada yayılıb. İş adamının Alyona ilə evliliyindən iki övladının olduğu bildirilir.

Onu da əlavə edək ki, bir müddət öncə Araz Ağalarovun keçmiş həyat yoldaşı, həmçinin Xalq artisti, iş adamı Emin Ağalarovub anası İrina Ağalarova da zinət əşyaları brendi yaradıb.

İ.Ağalarova yeni layihəsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Ağalarova brilyantların görüntüsünü yayımlayaraq, brendin yaxın günlərdə təqdim olunacağını bildirib.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…