Əsas məzmuna keç

GƏDƏBƏY KARTOFUNA REKVİEM- XALQ ŞAİRİ VAHİD ƏZİZ YAZIR

Vahid ƏZİZ
GƏDƏBƏY KARTOFUNA REKVİEM…
Dadı qaymaqdan da,
baldan da şirin,
Torpaqlar əzizi, hər yanda bitən,
Dar gündə kasıbın,
yetim-yesirin
Bizim Kartof idi dadına yetən!
Hər yerdə uyuşar
dəbə-tələbə,
Başım qarışanda dərsə-yanardı,
Gədəbəy Kartofu yeyən tələbə
Müəllimlər önündə şux dayanardı!
Hamıya hər zaman bol-bol yetərdi,
İmkansız- bazarda qalmazdı aciz,
Hökmünə boş cib də tab gətirərdi-
Ətdən də, yağdan da, sudan da ucuz!
İndi Gədəbəyin ağırdı dərdi-
Kartofluq altuna qurban verilir,
Bir vaxtlar hər yerə burdan gedərdi,
İndi qürbətlərdən bizlərə gəlir!
Hayıf, itirilir millət dəbləri,
Sözə, təbiətə haram qatılır,
“Ağ gül”, “Sarı çiçək”- Kartof növləri,
Beş-üç məhəllədə güclə tapılır!
Açılır başına hər cürə oyun-
Bəzən bazarlar da üzünə həsrət,
Doğma Gədəbəydə ölən Kartofum,
Bizlərə min töhmət, sənə min rəhmət!
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…