Çinin Şansi əyalətinin məhkəməsi mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar bir neçə maddə üzrə təqsirli bilinən 41 nəfəri azadlıqdan məhrum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
İstintaqın məlumatına görə, onlar müvafiq ixtisası olmayan bir neçə briqada ilə torpaq işləri və faydalı qazıntıların hasilatı üzrə müqavilələrin bağlanması, tam qəza-xilasetmə planlarının hazırlanmaması və istehsalatda lisenziyasız nəqliyyat vasitələrinin istifadəsi də daxil olmaqla, bir sıra qanunsuz və ya hüquqazidd əməllər törədiblər.
Bu əməllər 2006-2022-ci illər ərzində ölümlə nəticələnən 48 ağır qəzaya və 54 nəfərin ölümünə səbəb olub.
Məhkəmə qanunsuz əməllərin ağırlıq dərəcəsindən asılı olaraq təqsirləndirilən şəxsləri 1 ildən 16 ilədək müddətə azadlıqdan məhrum edib.







