Əsas məzmuna keç

İki ölümcül dozada dərman qəbulundan sağ çıxan ölüm hökmlü məhkum xəstəxanadan evə buraxıldı

30 sentyabrda iki ölümcül dozada dərman qəbulundan sağ çıxan Tennessi ştatında ölüm hökmü ilə məhkum olan Krista Payk müalicə aldığı xəstəxanadan evə buraxılıb və müalicəsini başa vurduqdan sonra həbsxanaya qaytarılıb.

Tezadlar.az xəbər verir ki, uğursuz edam cəhdindən sonra müalicə alan Paykın xəstəxanadan evə buraxıldığı və 30 ildən çoxdur həbsdə olduğu həbsxanaya geri göndərildiyi bildirilib.

Paykın “sağalma prosesinin izlənilməyə davam edəcəyi” və mümkün uzunmüddətli idrak təsirlərinin qiymətləndirilməsinin “aylar çəkə biləcəyi” qeyd edilib.

Paykın uğursuz edam cəhdi

Payk 1995-ci ildə 18 yaşında sinif yoldaşı Kollin Slemmerin vəhşicəsinə qətlinə görə edam cəzasına məhkum edilib.

30 sentyabrda Payka edam üçün iki dozada dərman verilib, lakin ürəyi dayanmayıb. Payk həbsxananın xaricindəki tibb müəssisəsinə köçürülüb.

Tennessi qubernatoru Bill Li hadisə ilə bağlı araşdırma aparılmasını əmr edib və ilin qalan hissəsi üçün ştatda planlaşdırılan bütün edamlar istintaq bitənə qədər dayandırılıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…