ABŞ-nin Pensilvaniya ştatında baş verən atışmada uşaqlar da daxil olmaqla doqquz nəfər həyatını itirib. Eri şəhərində əvvəlcə küçədə, daha sonra isə bir evin içində atəş açan təcavüzkarın hadisədən sonra intihar etdiyi bildirilir.
Pensilvaniya ştatının Eri şəhərində atışma baş verib. Tezadlar.az xəbər verir ki, yerli medianın məlumatına görə, təcavüzkar bir evə girməzdən əvvəl küçədə atəş açıb və atəş açmağa davam edib.
UŞAQLAR DAXİL OLMAQLA 9 NƏFƏR ÖLÜB
Hakimiyyət orqanları hücum nəticəsində uşaqlar da daxil olmaqla doqquz nəfərin öldüyünü açıqlayıb.
Təcavüzkarın özünü güllələyərək intihar etdiyi bildirilir.
İSTİNAQ BAŞLANDI
Hakimiyyət orqanları çoxlu insanın ölümünə səbəb olan hücumla bağlı istintaqın başlandığını açıqlayıb.
Hücumun səbəbi ilə bağlı hələlik heç bir izahat verilməyib.
ELBAR







