“Sovet dövründə Azərbaycan heç vaxt Ermənistana qaz verməyib. Ermənistan həqiqətən də qazı Azərbaycan vasitəsilə alıb. Bu, Rusiya qazı idi. Təkrar edirəm: Rusiya qazı Ermənistana Azərbaycan vasitəsilə daxil olub…”.
Bunu sözdə “beynəlxalq politoloq, enerji geosiyasəti və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis və Hayakve Təşəbbüs Şurasının üzvü” Armen Manvelyan bildirib.
Xatırladaq ki, qaz yüksək təzyiqli magistral boru kəmərləri (Qazax-İcevan-Yerevan xətti və Hacıqabul-Qazax marşrutu daxil olmaqla) vasitəsilə nəql olunurdu.
Tezadlar.az xatırladır ki, Azərbaycan təbii qazından istifadə edərək Ermənistanın qazlaşdırılması 1950-ci illərin sonlarında (1959-cu ildən) başlayıb. Sovet dövründə bu təchizatlar Ermənistan SSR-in sənayesinin, bələdiyyə qazanxanalarının və yaşayış sektorunun ehtiyaclarını ödəyirdi.
Sitatın sonu!







