Əsas məzmuna keç

Gürcüstandan Azərbaycana qanunsuz yolla dərman keçirlməsinin qarşısı alınıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Tezadlar.az-a Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, İdarənin “Mazımqara” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan dörd karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…