Əsas məzmuna keç

Ronaldo sərt tənqid olundu

Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuşun vəkili Luis Migel Enrike yığmanın hücumçusu Kriştianu Ronaldo ilə çalışdırıcı arasında baş vermiş qalmaqala münasibət bildirib.

Tezadlar.az xəbər verir ki, o, ulduz futbolçunun davranışını sərt tənqid edib.

“Kriştianu öz hərəkətləri, davranışı və müəyyən göstəricilərə aludəçiliyi ilə elə bir nəticəyə nail olub ki, bunu heç bir rəqibi bacarmayıb. Amma Ronaldo getdikcə ətrafına yalnız özünün eşitmək istədiklərini deyən insanları toplayır, eşitməli olduğu həqiqətləri söyləyənlərin sayı isə azalır.

Bu, Tanrıların və avtokratların taleyidir: sonda Olimp dağında, ətraflarında yalnız güzgülər olmaqla, tək qalırlar”, – deyə Enrike “Football Tweet”ə açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Kriştianu Ronaldo Portuqaliya milli komandasının düşərgəsini qalmaqallı şəkildə tərk edib. O, daha sonra yaydığı bəyanatda baş məşqçi Jorji Jezuşu verdiyi vədə əməl etməməkdə günahlandırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…