Əsas məzmuna keç

Mərkəzi Bank 2027-ci il üçün inflyasiya proqnozunu açıqladı

merkezi bank amb

Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenarisinə görə, ölkədə inflyasiya göstəricisinin 2026-cı ilin yekununda 6,1 %, 2027-ci ilin sonunda isə 5,8 % olacağı gözlənilir.

Tezadlar.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində bildirib.

T.Kazımov qeyd edib ki, əsas məqsəd qiymət sabitliyinin təmin olunmasıdır: “Təklif baxımından yuxarı istiqamətli risklər mövcud olsa da, hər iki göstərici müəyyən edilmiş dəhliz çərçivəsindədir. Başlıca vəzifə hədəfi dəyişmək yox, məzənnə stabilliyini əsas, banklararası dərəcələri isə daxili inflyasiya üzrə yardımçı lövbər olaraq saxlamaqla faiz dərəcəsi transmissiyasının təsirini artırmaq və daha da dərinləşdirməkdir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…