Əsas məzmuna keç

Son 48 saat ərzində İsrailin Qəzzaya hücumları nəticəsində 6 fələstinli həlak olub

Son 48 saat ərzində İsrail ordusunun Qəzza zolağına etdiyi hücumlarda altı fələstinli həlak olub, 43 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar paylaşılıb.

Açıqlamada İsrailin hücumları səbəbindən son 48 saat ərzində Qəzzada xəstəxanalara altı cəsəd gətirildiyi və 43 nəfərin yaralandığı bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, 2025-ci ilin oktyabr ayında atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında ölənlərin sayı 1511-ə, yaralananların sayı isə 5375-ə çatıb. Eyni dövrdə dağıntılar altından 838 cəsəd çıxarılıb.

Açıqlamada İsrailin Qəzza zolağına hücumlarının başlamasından bəri ümumi ölənlərin sayının 74.469-a çatdığı, 175.492 nəfərin isə yaralandığı bildirilib.

Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza İnstitutu tərəfindən 10 oktyabrdan bəri itkin düşmüş şəxslərin sənədləri və hesabatları üzərində aparılan araşdırmalar nəticəsində şəxsiyyətləri təsdiqlənən daha 67 nəfərin ümumi ölənlərin sayına əlavə olunduğunu açıqlayıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…