Əsas məzmuna keç

Zaur Rzayevin səhhəti yenidən pisləşib

Azərbaycanın Xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.

Tezadlar.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Müğənni evə buraxılsa da, vəziyyəti yenidən pisləşib və xəstəxanaya aparılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…