İranın qulağından və gözündən uzaq, Azərbaycan İsraillə müasir PULS reaktiv yaylım atəşi sistemlərinin və yüksək dəqiqlikli Extra-MR raketlərinin tədarükü üçün 235 milyon dollar dəyərində müqavilə imzalayıb. Üç il müddətinə nəzərdə tutulmuş müqavilənin şərtlərinə əsasən, İsrail şirkəti PULS buraxılış qurğularının, əlavə raket-artilleriya platformalarının, inteqrasiya olunmuş logistik dəstək kompleksinin, həmçinin yüksək dəqiqlikli Extra-MR raketlərinin tədarükünü təmin edəcək. Extra-MR orta məsafələrdə əməliyyatlar üçün nəzərdə tutulmuş idarə olunan raketdir. Bu raketlər düşmən hədəflərinin 80 km-ə qədər məsafədə dəqiq məhv edilməsini təmin edir…
Dostluq, qardaşlıq və əməkdaşlıq buna deyərlər. Hansı ki, hərbi ekspertlərin fikrincə, İsrail bu silahları başqa ölkələrdən fərqli, Azərbaycana xeyli ucuz qiymətə satır…
A.Məmmədli







