Əsas məzmuna keç

Pisliklərin günahkarı kimdir?

Məncə, pislikləri yaxşılıqlar artırır.

Dünya yaranandan bu proses gedirsə, suallar da artır.

Niyə və nə üçün?

Allahı kim yaradıb? Sualı da meydana çıxıbsa, sonsuzluğun astanasındayıq.

Süni intelekt bütün sərhədləri aşsa da, pisliyin, yaxşılığın sərhədi hələ tapılmayıb.

Suallar dövranın sonuna yol alır.

Hər cavabın yeni sual yaratdığı bu dünyada bir çox cavabların bir neçə əsr öncə məlum olduğu ortaya çıxır.

Əsrlərlə insanlardan gizli saxlanılan məlumatlar bu gün bizə nə verir?

Daha artıq suallar, narahatlıqlar, axtarışlar, sübutlar…

Gizli saxlantılar pislikmi, yaxşılıqmı?

Onun da Yozumları fərqli anlam daşıyır.

Xeyr və şər düşüncələrin iltihabı davam edir.

Həyatdan bütün pisliklər yaxşılığa yol göstərir.

Bildiklərimiz fırlanıb burada dayanır.

Xeyrxah əməlləri ilə məşhur olanların o qədər pis cəhətləri var ki…

Pisliklərin ünvanı isə illərlə axtarılır. Açıq-saçıq edilənlər isə yalnız əsəbin və şər duyğuların üsyanıdır.

Bu dünyada yaxşılıq da, pislik də yaxşılıq və pisliklə əldə edilir.

Günahkarlar cəzalandırılır, öldürülür – bu pislik sayılırmır ancaq. Niyə?

Yaxşılar mükafatlandırılır.

Buna sual yoxdur. Kimdir günahkar sualı həyatımızdan silinmir.

Ömür boyu günahkar axtarırıq.

Günahsız insan yoxdur.

Bir çox kiçik günahlar böyük günahları üstələyir.

Günahı ilk növbədə özümüzdə axtaraq.

Fikirlərimizi paylaşırıq. Hər kəs buna inanmasa da və hər kəsə fərqli təsiri olsa da,  günah qazansaq da…

Bunları dərk etməyə əsrlər də, elmlər də bəs etməyib.

Dəfələrlə demişəm, yenə deyirəm:

silahımız şükürdür, səbrdir.

Təmiz, pak, xeyirxah, anlayışlı, sevgidolu qəlbdir.

Həyatımızın bütün yollarında bu silahı buraxmayaq, əldə edək, vuruşaq…

Pislikləri görməsək yaxşılığa qiymət verə bilməyəcəyik.

Həyatın niyə belə yarandığını deyil, elmi həyati sübutları düşünək, öyrənək, öyrədək, paylaşaq.

Pisliklərlə mübarizədə də əlimizdən gələni edək.

Nə bacarsaq qəbuldur. Buna çox inanaq.

Qəbul edənlər canlı da, cansız da, yer də, kainat da, görünməz, bilinməz, yaradıcılıq da, idarə edənlər də ola bilər…

Pisliyin günahkarını axtarma.

Sənubər Səhər

Senuber

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…