Elon Mask hətta varlı şəxslərin belə gələcəkdə süni intellektini idarə edə bilməyəcəyini iddia edərək, “Düşünürəm ki, süni intellekt özü özünü idarə edəcək” deyib.
Tezadlar.az xəbər verir ki, Mask bu sözləri amerikalı yazıçı Valter İsaaksonla müsahibəsində söyləyib.
Pulun gələcəkdə əhəmiyyətini itirəcəyini iddia edən Mask “Düşünmürəm ki, hətta sözdə varlı şəxslər də Sİ-ni idarə edə biləcəklər. Düşünürəm ki, Sİ özü özünü idarə edəcək” deyib.
Mask insanların müxtəlif hobbilərlə işləməsələr belə, xoşbəxt olmağın yollarını tapacaqlarını iddia edərək, “Həqiqət budur ki, insanların edə biləcəyi, Sİ və robotların edə bilməyəcəyi heç nə olmayacaq” deyib.
Digər tərəfdən, Mask Sİ-ni tənzimləmək üçün bir qurum və qaydaların yaradılmasının uzun müddət çəkəcəyini qeyd edərək, şirkətlərin rəqibləri ilə əlaqə saxlayaraq onlardan Sİ modelini tətbiq etməzdən əvvəl sistemi sınaqdan keçirmələrini istəyə biləcəklərini irəli sürüb.
Mask bildirib ki, “Düşünürəm ki, rəqiblər bu barədə bir-birlərinə qarşı dürüst olacaqlar. Əgər onlar “Süni intellektimlə nüvə bombası qura bildim” desələr, biz də “İstifadəyə verməzdən əvvəl yəqin ki, onu təkmilləşdirməliyik” deyərdik.”
ELBAR







