Əsas məzmuna keç

BŞİH piyada səkisini zəbt edənlərin metal konstruksiyasını sökdürüb – FOTO

Bakının Yasamal rayonunda, Balababa Məcidov küçəsində piyada səkisinin metal konstruksiya ilə zəbt edilməsinin qarşısı alınıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı məlumat sosial şəbəkələrdə yayıldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb.

Qanunsuz müdaxilələr aradan qaldırılıb və piyada səkisinin zəbtinə son qoyulub. Nəticədə ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin edilib.

Qeyd edilib ki, gələcəkdə də ərazidə monitorinqlər aparılacaq, bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…