Əsas məzmuna keç

Yusif Eyvazov: “Dünya şöhrəti erası bitib”

anna netrebko yusif eyvazov

Xalq artisti Yusif Eyvazov dünya şöhrəti, opera sənəti və ifaçılar arasında eqo məsələsindən danışıb.

Tezadlar.az xəbər verir ki, sənətçi bu barədə “Qapqara” yutub layihəsində danışıb.

“Dünya şöhrəti erası bitib. Bu vaqona sonuncu hoppanan mənim keçmiş həyat yoldaşım Anna Netrebko oldu. Dünya şöhrətli Selin Dion, Maykl Cekson, Lusiano Pavarotti olub. Dünya operasında məni də yaxşı tanıyırlar” deyə, Y.Eyvazov bildirib.

Opera ifaçısı mədəniyyətin maliyyəsiz yaşaya bilməyəcəyini vurğulayıb. O, dünyada heç bir teatrın yalnız bilet satışından əldə olunan gəlirlə fəaliyyət göstərə bilməyəcəyini deyib və Verona Arenasını nümunə göstərib:

“Verona Arenası üç ayda bilet satışından 38 milyon avro qazanıb. 90 günə 52 tamaşa nümayiş etdirib”.

Y.Eyvazov indiyədək arzuladığı səhnələrdə çıxış etdiyini, böyük layihələrdə və operalarda iştirak etdiyini söyləyib. O, özünü direktor deyil, ifaçı kimi gördüyünü qeyd edib:

“Mən yüz faizlik direktor ola bilmərəm, ifaçıyam. Səhnəyə işçilərimlə çıxıram, onların həmkarı kimi. Tamaşa bitir, səhəri gün direktor kimi iradlarımı bildirirəm.

Bizdə eqo sistemi çoxdur. Elə ifaçılarda eqo var ki… “Jiquli” özünü “Bugatti” kimi göstərəndə gülməli görünür”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…