Əsas məzmuna keç

“Müəəlim, siz sionistsiniz?- ŞAGİRDDƏN MÜƏLLİMİNƏ…

…Saat 13:00-un tamamına az qalıb. 7-ci sinifdə dərsdəyəm. Yeni mövzunun izahına böyük bir enerji və həvəslə başlamışam… Pəncərələr açıqdır. Bu anda məsciddə səsucaldanla Azan səsi başlanır.( Məscid məktəbimizə çox yaxındır). Uşaqlar dərsdən ayrılıb sanki dodaqaltı dua oxuyurlar. Dərsimin pozulmaması üçün pəncərələri bağlayıram. Bu anda 7-ci ainif şagirdindən aqressiya dolu etiraz eşidirəm:
-Müəllim, azan səsi sizə pis gəlir, niyə pəncərələri bağlayırsınız?
izah edirəm ki, biz müstəqil Azərbaycanda, dünyəvi bir dövlətdə yaşayırıq. Bura Dövlət məktəbidir. Din mərkəzi və ya dini məktəb deyil. Azan səsi sizin fikrinizi qarışdırır və dərsimə mane olur
-Siz sionistsiniz?
Sözün bitdiyi an…
Mən 43 ildir müəllim işləyirəm.
Müxtəlif məktəblərdə işləmişəm. Amma son zamanlarda olduğu qədər beyni artıq tam yuyulmuş, manqurtlaşmış yetişməkdə olan nəsil görməmişəm.
Kimdir günahkar????
Əliheydər Qayıboğlu,
müəllim
(Lənkəran)
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…