Əsas məzmuna keç

14 yaşlı qızına əzab verən anadan bibilər şikayətçi oldular – sığınacağa yerləşdirildi

Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib.

Tezadlar.az   xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidən evlənib. Ailədə körpənin dünyaya gəlməsi ilə qızın həyatında ağır günlər başlayıb:

“İddialara görə, anası ona çox pis münasibət göstərib və qız, demək olar ki, hər gün zorakılığa məruz qalıb.

Evdə baş verənlərdən narahat olan bibiləri uşağın vəziyyətinin yaxşı olmadığını dəfələrlə görüblər. Onlar anadan uşağa rahatlıq verməsini, ona qarşı zorakılığa son qoymasını istəsələr də, bu cəhdlər nəticəsiz qalıb. Vəziyyətin ciddiliyini və uşağın həyatının təhlükədə olduğunu görən bibiləri aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Müraciətdən sonra dövlət qurumları ailədə araşdırma aparıb və uşağı anasının yanından götürüblər”.

M.Zeynalova qeyd edib ki, uşağın sığınacağa yerləşdirilməsindən sonra da çətinliklər bitməyib. Anasının ona ünvanladığı təhdidlərdən sonra qız yeni həyatına qorxu və narahatlıq içində başlayıb:

“Bu gün 14 yaşı olan qız indiyədək məktəbə getmək imkanından məhrum qalıb. İndi isə sığınacaqda ilk dəfə əlifbanı öyrənir, təhsilə başlayır. Yaşadığı ağır hadisələrə baxmayaraq, gülümsəməyi də unutmur”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…