Əsas məzmuna keç

İsrail ordusu və Fələstin torpaqlarını ələ keçirən israillilər Qərb Şəriyəsində fələstinli fermerlərə hücum etdilər

İsrail ordusu və Fələstin torpaqlarını ələ keçirən israillilərin işğal olunmuş Qərb Şəriyəsində zeytun yığan fələstinli fermerlərə, onların torpaqlarına və həmrəylik fəallarına qarşı 12 saat ərzində yeddi hücum həyata keçirdiyi bildirilib.

Tezadlar.az-ın məlumatına görə, Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrılıq (Utanc) Divarı və Yəhudi Məskunlaşmaları ilə Mübarizə Şurasının açıqlamasında bildirilir ki, İsraildə gözlər seçki nəticələrinə yönəlsə də, fələstinli fermerlərə qarşı hücumlar davam edir.

Bildirilib ki, Fələstin torpaqlarını ələ keçirən qatil İsrail ordusu və soyqırım törədən israillilər işğal olunmuş Qərb Şəriyəsində 50-dən çox zeytun və badam ağacını kökündən çıxarıb və çoxsaylı qurğuları və bağ divarlarını dağıdıblar. Onlar zeytun yığan fələstinli fermerlərə, onların torpaqlarına və həmrəylik fəallarına qarşı 12 saat ərzində yeddi hücum həyata keçiriblər.

Məlumatda Beytləhmdəki bəzi su quyularının hücumlarda yararsız hala salındığı vurğulanıb və qatil İsrail ordusunun Nablusda zeytun yığan dörd fələstinlini saxladığı qeyd edilib.

İsrailin zeytun yığımı mövsümündə fələstinli fermerlərə hücumlarını artırdığına diqqət çəkilən məlumatda beynəlxalq ictimaiyyətin fələstinli fermerləri qorumaq və İsraili bu hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün dərhal müdaxilə etməsi tələb olunur.

Qərb Şəriyədə Fələstin torpaqlarını ələ keçirməklə 365 qanunsuz yaşayış məntəqəsi salınıb

Qərb Şəriyənin cənubundakı “Kefar Etzion” yəhudi yaşayış məntəqəsi ilk yəhudi yaşayış məntəqəsi hesab olunur, çünki o, İsrailin 1967-ci ildə Qərb Şəriyəsini və Şərqi Qüdsü işğal etməsindən dərhal sonra salınıb. O vaxtdan bəri Qərb Şəriyədə yüzlərlə qanunsuz yaşayış məntəqəsi salınıb.

İsrail QHT “Peace Now”-un 2024-cü il məlumatlarına görə, Şərqi Qüds istisna olmaqla, işğal olunmuş Qərb Şəriyədə təxminən 3 milyon fələstinli yaşayır, Fələstin torpaqlarını işğal edən İsrail əhalisi isə 500.000-dən çoxdur.

Fələstin statistikasına görə, işğal olunmuş Qərb Şəriyədə 141 qanunsuz yaşayış məntəqəsində, eləcə də İsrail qanunlarına görə “qanunsuz” hesab edilən yəhudi qrupları tərəfindən yaradılan 224 yaşayış məntəqəsində təxminən 750.000 israilli yaşayır.

Bunlardan təxminən 250.000 nəfəri işğal altındakı Şərqi Qüdsdəki 15 yaşayış məntəqəsində yaşayır.

İsrailin yəhudi yaşayış məntəqələri salması və əhalisinin bu ərazilərə köçürülməsi beynəlxalq hüquqa əsasən qanunsuz hesab olunur.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…